Gənc azərbaycanlı pyanoçu Parisdə beynəlxalq müsabiqənin qalibi oldu

Gənc azərbaycanlı pyanoçu Parisdə beynəlxalq müsabiqənin qalibi oldu

9 yaşlı pyanoçu Zuleyxa Abdullayeva 16-22 aprel 2012-ci ildə Fransanın paytaxti Parisdə keçirilən Nikolay Rubenşteyn adına XI beynəlxalq pyano musiqi müsabiqəsində öz kateqoriyasında birinci yeri qazanaraq Azərbaycanı layiqincə təmsil edib. SİA-nın xəbərinə görə, beynəlxalq müsabiqədə 25 ölkənin, o cümlədən Fransanın, Rusiyanın, Almaniyanın, Gürcüstanın,Bosniyanın,Ukrainanın, Özbəkistanın,Türkiyənın,Polşanın, Sloveniyanın nümayəndələri iştirak edir.

Z.Abdullayeva müsabiqədə K.A.Debüssinin "2 Arabeski", P.İ.Çaykovskinin "Şirin duyğular", İ.S.Baxın "2 səsli invensiya" və Çerninın "Etyud" əsərlərini ifa edib. Zuleyxa Abdullayeva Bakı şəhərində yerləşən Milli Konservatoriyanın nəzdindəki Incəsənət Gimnaziyasının 4-cü sinfində oxuyur və bu onun beynəlxalq musabiqələrdə ikinci böyük uğurudur.

Qeyd etmək lazımdır ki, Z.Abdullayeva 2011-ci ilin iyun ayında İtaliyada keçirilən PIETRO ARGENTO adına 14-cü beynəlxalq musiqi müsabiqəsində də müvəffəqiyyətlə çıxış edərək Birincilik kubokuna layiq görülbş və müsabiqənin stipendiantı olub.

Bütün xəbərlər Facebook səhifəmizdə