Mərakeş 32 il bundan əvvəl Eurovisionda ilk və sonuncu çıxışını edib
32 il bundan əvvəl Mərakeşin Eurovision Mahnı Müsabiqəsində ilk və sonuncu çıxışı olub. SİA-nın eurovision.az saytına istinadən verdiyi məlumata görə, Niderlandda keçirilən müsabiqədə Mərakeşi Ərəb divası adlandırılan Samirə Bensaid təmsil edib. Müsabiqədə o, \"Bitaqat Khub\" (\"Sevgi ismarıcı\") mahnısı ilə təmsil olunub və yalnız İtaliyadan 7 səs toplaya bilib. Bu, Mərakeşin Eurovision səhnəsində sonuncu çıxışı olub.
Samirə Bensaid 9 yaşından oxumağa başlayıb. Eurovision Mahnı Müsabiqəsindəki təmsilçiliyindən sonra Misirə köçüb və gündən-günə məşhurlaşıb. 2003-cü ildə o, \"World Music Award\"a layiq görülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB