Bolqarıstanın \"Eurovision 2012\" təmsilçisi Türkiyədə səfərdədir

Bolqarıstanın \"Eurovision 2012\" təmsilçisi Türkiyədə səfərdədir

\"Eurovision 2012\"də Bolqarıstan adından çıxış edəcək Sofi Marinova Avropa turnesi çərçivəsində Türkiyəyə səfər edib. SİA-nın müsabiqənin rəsmi saytına istinadən verdiyi məlumata görə, təmsilçi aprelin 20-nə kimi Bolqarıstanda olacaq.


Sofi səfər zamanı daha çox yerli media ilə görüşlərə vaxt ayıracaq, müsahibələr verəcək və fanatları ilə görüşəcək. O, Türkiyənin \"Beyaz Show\", \"Bu Ülke\", \"Aidan İnsanlar\" kimi məşhur verilişlərinə qatılacaq. Qeyd edək ki, \"Beyaz Show\"nun aparıcısı Beyaz Öztürk bolqar əsillidir.


Sofi Türkiyəyə səfərini başa vurduqdan sonra Amsterdama gedəcək və orada \"Eurovision İn Concert\"də iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə