Finlandiya təmsilçisi: \"Mahnım bütün analara ehtiramı nümayiş etdirir\"

Finlandiya təmsilçisi: \"Mahnım bütün analara ehtiramı nümayiş etdirir\"

\"Bakı səhnəsində ifa edəcəyim mahnını qardaşımla birgə anamızın 50 illik yubileyinə həsr etmişik. Mahnım bütün analara ehtiramı nümayiş etdirir. \"När Jag Blundar\" mahnısıyla anamızın bizə əziyyətlərini göstərmək istəyirik\". Bunu Finlandiyanın Eurovision 2012 təmsilçisi Pernilla Karlsson deyib.


SİA-nın məlumatına görə, Finlandiya təmsilçisi bu mahnını isveç dilində ifa etməsinə də münasibət bildirib və deyib ki, isveç dili onların ikinci dilidir. \"Mən anam üçün mahnımı başqa dildə yaza bilməzdim. Çünki başqa dildə bu emosiyaları göstərmək çətin olardı\".


Gənc müğənni \"Bakı Kristal Zalı\"nda səhnəyə çıxacağı geyiminin yaxın günlərdə hazır olacağını da açıqlayıb. \"Səhnə geyimim çox gözəl olacaq. Bu paltarı müsabiqədən sonra da yadda saxlayacaqsınız.\"


Finlandiya təmsilçisi builki müsabiqədə çox fərqli mahnıların yarışdığını da deyib. O, müsabiqənin bütün mahnılarını dinləməsə də, onların arasında gözəl kompozisiyaların olduğuna əminliyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə