Gürcüstanın Eurovision 2012 təmsilçisi Bakıya gəlir

Gürcüstanın Eurovision 2012 təmsilçisi Bakıya gəlir
Gürcüstanın Eurovision Mahnı Müsabiqəsi 2012 təmsilçisi Anri Joxadze (Anry Jokhadze) Bakıya gəlməyə hazırlaşır. SİA-nın məlumatına görə, Gürcüstanın müsabiqədəki nümayəndə heyətindən eurovision.az saytına verilən məlumata görə, ölkə təmsilçisi aprelin 23-dən Bakının qonağı olacaq. Anri Joxadze pərəstişkarları və mətbuatla bir neçə görüş keçirəcək.


Anri ilə bərabər Bakıya çəkiliş qrupu da gələcək və Azərbaycanın Eurovision hazırlıqlarını lentə alacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə