Azərbaycanın bu ilki Eurovision təmsilçisi Səbinə Babayeva aprelin 21-də Amsterdamda 23 ölkədən olan şou iştirakçısı ilə eyni səhnəni paylaşacaq. SİA-nın müsabiqənin rəsmi saytına istinadən verdiyi məlumata görə, o, şou iştirakçılarının və fanların müsabiqə öncəsi toplaşdığı ən irimiqyaslı tanıtım layihəsi olan \"Eurovision in Consert\"də iştirak edəcək.
Konsert müddətində ölkə təmsilçilərinin beynəlxalq media nümayəndələri ilə görüşü və gəzintilər də nəzərdə tutulur. Şou Niderlandın Eurovision 2012 təmsilçisi Joan Frankanın çıxışı ilə açılacaq.
Səbinə Babayeva həmçinin aprelin 29-da Londondakı Eurovision tədbirinə (Eurovision Party) qatılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB