Rəşid Behbudov adına musiqi məktəbinin 80 illiyinə qeyd olunub- FOTOSESSİYA
Musiqi məktəbinin direktoru əməkdar mədəniyyət işçisi Qəmər Quliyeva isə bildirib ki, 80 il ərzində 2 saylı musiqi məktəbi bir çox musiqiçilər yetişdirib: \"Azərbaycanın xalq artistləri - pianoçu Z.Adıgözəlzadə, bəstəkar M.Mirzəyev, əməkdar artistlər - kamança ifaçısı E.Əhmədov, tarzən A.Gəray, xanəndə F.Qasımova və başqaları bu məktəbin tələbələri olub. Son illərdə bu siyahıya gənc istedadların adları da əlavə olunub. Belə ki, Beynəlxalq müsabiqənin qalibi skripkaçı Ü.Abbasova, \"Eurovision\" mahnı müsabiqəsinin qaliblərindən biri Eldar Qasımov, iştirakçılar Aysel Teymurzadə və Səfurə Əlizadə bu sıradadır. Hal-hazırda məktəbimizdə 88 müəllim çalışır və 380-ə yaxın şagird təhsil alır\".
Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov isə vurğulayıb ki, son illər ölkəmizdə mədəniyyət sahəsində canlanma baş verir: \"Ulu öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı prezident İlham Əliyevin bu sahəyə ayırdığı diqqət nəticəsində musiqi sahəsində bir çox nailiyyətlər əldə olunur. Bir çox mədəniyyət ocaqları, o cümlədən təmirə ehtiyacı olan musiqi məktəbləri yenidən inşa olunaraq istifadəyə yararlı vəziyyətə salınıb. İnanırıq ki, bu inkişaf tempi gələcəkdə də sürətlə davam etdiriləcək\".
Konsertdə məktəbin xalq çalğı alətləri orkestri, birləşmiş xor kollektivi, skripkaçılar ansamblı və şagirdlərin ifasında, Azərbaycan və dünya bəstəkarlarının əsərləri ifa edilib.
Qeyd edək ki, tədbirdə bir çox tanınmış incəsənət xadimləri də iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB