Rəşid Behbudovun heykəli ucaldılacaq

Rəşid Behbudovun heykəli ucaldılacaq
Prezident İlham Əliyevin sərəncamı ilə yaxın bir il ərzində dahi Azərbaycan müğənnisi, xalq artisti Rəşid Behbudovun adını daşıyan küçədə mərhumun heykəli ucaldılacaq. SİA-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.


Onun sözlərinə görə, Rəşid Behbudov küçəsində xalq artistinin adını daşıyan 2 saylı onbirillik musiqi məktəbi və Mahnı Teatrı yerləşir: \"Bununla yanaşı, bu küçədə həmçinin yaxın zamanlarda onun heykəli də ucaldılacaq\".

Bütün xəbərlər Facebook səhifəmizdə