Elefteria Eleftheriou: \"Məşəlimizi birlikdə Bakıda alovlandıraq!\"
Yunanıstanı bu ilki \"Eurovision\" təmsilçisi Eleftheria Eleftheriou şou hazırlıqları ilə məşğuldur. SİA-nın müsabiqənin rəsmi saytına istinadən verdiyi məlumata görə, müğənni \"Bakı Kristal Zalı\" səhnəsindəki çıxışının Milli Finaldakından tamamilə fərqlənəcəyini söyləyib.
\"Bakıdakı çıxışımda Milli Finaldakı şoudan heç nə tapa bilməyəcəksiniz\" deyən Eleftheria elə buna görə də xoreoqrafını başqası ilə əvəzləyib. Çünki Eleftheria Eleftheriou \"Aphrodisiac\" mahnısının səhnə həllində rəqs quruluşunu vacib hesab edir.
Azərbaycana ilk dəfə səfər edəcək müğənni bununla bağlı fikirlərini belə ifadə edib: \"Çox həyəcanlıyam. Çünki bu mənim həyat təcrübəm olacaq. Bu səfəri səbirsizliklə gözləyirəm.\" Eleftheria Eleftheriou pərəstişkarlarına belə müraciət edib: \"Məşəlimizi birlikdə Bakıda alovlandıraq!\"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB