Türkiyənin bu ilki Eurovision təmsilçisi Can Bonomo bu gündən ikinci tanıtım turuna start verəcək. SİA-nın məlumatına görə, Canın bu mərhələdə ilk dayanacağı İtaliya olacaq. O, burada \"Love Me Back\" mahnısı ilə müxtəlif televiziya proqramlarında çıxış edəcək.
Can Bonomo aprelin 21-də Amsterdamda 23 ölkə təmsilçisi ilə birlikdə \"Eurovision in Consert\" layihəsində də təmsil olunacaq. Bununla da Türkiyə təmsilçisi tanıtım turunun ikinci mərhələsini yekunlaşdıracaq. Müğənninin bu səfəri 4 gün davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB