Bakının Tağıyev teatrında ilk dəfə professional ifaçı kimi çıxış edir. 15 yaşlı Şövkət Üzeyir Hacıbəyovun "Ər və arvad" operettasından bir neçə parça ifa edir. 1921-ci ildən başlayaraq o, Rusiya, Fransa, İtaliya, İran və Gurcustanda çıxışlar edib. İtaliyaya səfəri zamanı yenidən Milan musiqi məktəbinə daxil olur və 1912-ci ildə axıra çatdırılmamış təhsilini tamamilə bitirir.
Şövkət Məmmədova opera və balet teatrında "Sevilya bərbəri" operasında Rozina, "Riqoletto"da Cilda, "Şah İsmayıl"da Gülzar, "Arşın mal alan"da Gülçöhrə və başqa aparıcı partiyaları ifa edib. Şövkət xanım Azərbaycanda ilk not nəşriyyat idarəsini və Bakı Ali Teatr məktəbini yaradır. Onun təşəbbüsü ilə Bakı Teatr Texnikumu açılır. Ömürün sonuna kimi Azərbaycan Dövlət Konservatoriyasında tələbələrə professional vokal dərsləri verib.
Şövkət Məmmədova 1915-ci ildə Kiyevdə oxuyarkən Milanda tanış olduğu mühəndis Yakov Lyubarski ilə ailə həyatı qurub. Xalq artisti 1982-ci il 8 iyunda Bakıda dünyasını dəyişib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB