Aprelin 16-da dünyanın ən böyük kitab sərgilərindən olan London Kitab Sərgisi işə başlayıb. 3 gün davam edəcək sərgidə dünyanın 100-ə yaxın ölkəsindən kitab sənəti ilə əlaqəli müxtəlif qurumlar iştirak edir. Ölkəmiz bu sərgidə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur. Bu barədə SİA-ya nazirlikdən məlumat verilib.
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən icarəyə götürülən stenddə 200 adda, 500 nüsxəyə yaxın müxtəlif çap məhsulu, o cümlədən Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini, Prezident İlham Əliyevin apardığı uğurlu inkişaf siyasəti, onun rəhbərliyi ilə görülən işlərdən, Azərbaycanın mədəniyyətindən, mədəni irsindən, tarixindən, Qarabağ həqiqətlərindən bəhs edən yüksək məzmuna və poliqrafik keyfiyyətə malik kitablar, həmçinin Prezident sərəncamı ilə işıq üzü görən 150 cildlik dünya ədəbiyyatı seriyasından nümunələr və cari ildə dövlət səviyyəsində yubileyləri qeyd olunacaq ədiblərin əsərləri ziyarətçilərin və iştirakçılara təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB