Engelbert Hamperdink: "Müsabiqəni Böyük Britaniyaya aparmaq istəyirəm..."
Böyük Britaniyanı Eurovision Mahnı Müsabiqəsi 2012-də təmsil edəcək Engelbert Hamperdink (Engelbert Humperdinck) builki müsabiqədə böyük uğura imza atacağına inanır. Eurovision.az saytı xəbər verir ki, Engelbert 57-ci dəfə keçiriləcək Eurovision Mahnı Müsabiqəsini zəngin tarixə malik möhtəşəm tədbir adlandırıb. "Mən 1969-cu ildə Lulunun, 1974-cü ildə "ABBA"nın və 1976-cı ildə "Brotherhood of Man" qrupunun qalibiyyətini xatırlayıram. "Böyük Britaniyanın 1997-ci ildə əldə etdiyi birincilik sonuncu qalibiyyətimiz idi. Mən bu uğuru təkrarlamağa çalışacağam", - deyə E.Hamperdink bildirib.
Konsertlərində qrupu ilə birgə canlı çıxış edən Böyük Britaniya təmsilçisi Eurovision 2012-də onunla bərabər gitara ifaçısı Ceyms Brayanın da səhnəyə çıxacağını qeyd edib. Səhnə performansının bu məqamını açıqlayan Böyük Britaniya təmsilçisi, digər məqamları sirr saxlamağa üstünlük verib.
Bakıdakı şoudan da danışan Engelbert Hamberdink Eurovision 2012-də Rusiya təmsilçiləri "Buranovskiye babuşki"ni bəyəndiyini açıqlayıb. Engelbert düşünür ki, Bakıda çox qızğın mübarizə yaşanacaq. E.Hamperdink Avropadakı bütün pərəstişkarlarına təşəkkür edib. "Ümidvaram ki, mənə dəstək olacaqsınız. Müsabiqəni Böyük Britaniyaya aparmaq istəyirəm..."
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB