“Qafqazda imperiyalar və ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi” kitabı işıq üzü görüb

“Qafqazda imperiyalar və ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi” kitabı işıq üzü görüb

Azərbaycanın dövlətçilik tarixinə həsr olunmuş növbəti kitablardan biri də yaxın zamanlarda işıq üzü görəcək. SİA-nın məlumatına görə, kitabın müəllifi Azərbaycan mətbuatının tanınmış isimlərindən olan İlham Əliyevdir.

Azərbaycan mətbuatında öz dəsti-xətti, hadisələrə orijinal yanaşması ilə seçilən İ.Əliyevin "Qafqazda imperiyalar və ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi" kitabı Azərbaycan dövlətçilik tarixinə və mənfur qonşularımız olan ermənilərin Cənubi Qafqaza köçürülmələri ilə başlamış erməni məsələsinə yeni baxışı özündə ehtiva edir. Kitabda 5 min illik dövlətçilik tarixi olan Azərbaycan ərazisində yaranmış dövlətlər haqqında tarixi faktlar açıqlanıb. Müəllifin kitabında vətən tarixinə yeni baxış diqqəti çəkir. Kitabın ermənilərin Cənubi Qafqaza köçürülməsini əks etdirən bölmələri də dolğun, maraqlı və yeni faktlarla zəngindir.

Kitabda ermənilərin xəyanətkar xisləti faktlarla göstərilir. Azərbaycan xalqına qarşı zaman-zaman törədilmiş soyqırımı siyasəti, Azərbaycan kəndlərinin, qədim yurd yerlərinin boşaldılması tarixi sənədlərin dili ilə açılır.

Ümid edirik ki, faktlarla zəngin "Qafqazda imperiyalar və ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi" kitabı geniş oxucu kütləsinin marağına səbəb olacaq, gənc tarixçilərin, Azərbaycan tarixini öyrənənlərin sevimli kitabına çevriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə