"Step In!"gənclərin təşəbbüs qrupu "Eurovision və Gənclər" mövzusunda "Step In Live"video-çarx müsabiqəsini elan edib. SİA-nın məlumatına görə, müsabiqənin məqsədi-gəncləri möhtəşəm bir layihəyə daha yaxın etmək, onların ideyalarının reallaşdırlmasını dəstəkləmək və "ESC 2012" ilə bağlı baxışlarını öyrənməkdir. Müsabiqənin şərtlərinə əsasən müsabiqənin qalibini "Apple iPad 3 16 GB Wi-Fi + 4G", II yerin sahibini "Apple iPod Touch 8GB", III yer in sahibi isə "Apple iPod Nano 8 GB" kimi dəyərli hədiyyələr gözləyir.
"Step In!" təşəbbüs qrupunun "facebook" sosial şəbəkəsində rəsmi səhifəsində (www.fb.com/stepin.az) həyata keçirilən müsabiqədə gənclər layihənin mövzusuna uyğun hazırladıqları video-çarxıları qrupun səhifəsində yerləşdirəcəklər. Yerləşdirilmiş video - çarxlar arasında ən çox bəyənilən video-çarxlar final mərhələsində iştirak etmək imkanı əldə edəcəklər. Final mərhələsində peşəkar mütəxəssislər tərəfindən qiymətləndiriləndiriləcək video-çarxlar arasında ən yaxşı 3 video-çarxın müəllifləri müəyyənləşdiriləcək. Müsabiqəyə həm peşəkar, həm də həvəskar çəkilişlər qəbul olunur.
Son müraciət tarixi: 5 may.
Müsabiqədə iştirak etmək istəyən gənclər www.fb.com/stepin.az ünvanından və live.stepin.az saytına daxil olmaqla ətraflı məlumat əldə edə bilərlər.
Qeyd edək ki, \"Step In\" - \"ESC Baku 2012\" ətrafında gənclərin idealarının reallaşdırılması məqsədi ilə yaradılmış gənclərin təşəbbüs qrupudur. İdealarını reallaşdırmaq üçün sən də \"Step In!\" et, təşəbbüs göstər, fəal ol!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB