Bakıda “Təzyiq altında irs” adlı beynəlxalq konfrans keçiriləcək

Bakıda “Təzyiq altında irs” adlı beynəlxalq konfrans keçiriləcək

26-29 apreldə Bakı şəhəri növbəti beynəlxalq tədbirə ev sahibliyi edəcək. Dünyanın 50-dən artıq dövlətinin nümayəndələrinin iştirakı ilə Mədəniyyət və Turizm Nazirliyinin Birləşmiş Millətlər Elm, Təhsil və Mədəniyyət üzrə Təşkilatının (UNESCO) Ümumdünya İrs Mərkəzinin (WHC) məşvərətçi orqanları olan Mədəni mülkiyyətin mühafizəsi və bərpasının öyrənilməsi üzrə beynəlxalq mərkəzin (İCCROM) və Abidələr və Yerlər üzrə Beynəlxalq Şuranın (İKOMOS), eləcədə Azərbaycan Memarlıq və İnşaat Universiteti və İtaliyanın Romualdo Del Bianko Fondunun birgə tərəfdaşlığı ilə "Təzyiq altında irs – şəhərlərin tarixi landşaftlarının perspektivləri" mövzusunda beynəlxalq konfrans və ona əlavə tədbirlər keçiriləcək.


Nazirliyin Mədəni İrs şöbəsindən SİA-ya verilən məlumata görə, geniş auditoriya kütləsi üçün keçiriləcək tədbirdə mədəni irsin mühafizəsi və inkişafı sahəsində fəaliyyət göstərən dünyanın ən nüfuzlu elm adamlarının, ekspertlərin və siyasətçilərin iştirakı nəzərdə tutulub.


Bakı Konfransı tarixi şəhərlərin, xüsusilə də YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilən və yaxud Ümumdünya İrs Obyektlərinin yerləşdiyi Bəşəri İrs Əhəmiyyətli şəhərlərin YUNESKO-nun Tarixi Şəhər Landşaftı ilə bağlı Tövsiyələri əsasında inkişaf tendensiyaları ilə bağlı olacaq, urbanizasiyasının şəhərlərin tarixən formalaşmış landşaftına təsirlərini araşdırmağa çalışacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə