Lorin \"Eurovision\" səhnəsindəki şousu ilə bağlı məqamları açıqlayıb
İsveçin Eurovision Mahnı Müsabiqəsi 2012 təmsilçisi Lorin (Loreen) \"Bakı Kristal Zalı\"ndakı çıxışı ilə bağlı məqamların gizli qalmasını istəmir. SİA-nın eurovision.az saytına istinadən verdiyi məlumata görə, müğənni səhnəyə mütləq yaşıl libasda çıxmaq istəyir. Çünki yaşıl rəng harmoniya deməkdir, torpağa bağlılıq ifadə edir. O, çıxışının fiziki baxımdan gözəl görünüş və güc tələb etdiyini bildirir. Lorinin fikirincə, \"Euphoria\" adlı müsabiqə mahnısının şousu dəqiq rəqs və ifa üzərində qurulub. İfa zamanı yanlış yerdə nəfəs almaq mahnını və çıxışı korlaya bilər.
Yeri gəlmişkən, İsveç təmsilçisinin çıxışı üzərində işləyən yaradıcı heyətin əksəriyyəti, o cümlədən onun geyim ustası Tommy Granfors və xoreoqrafı Ambra Succi də Finlandiyalıdır. Qeyd edək ki, İsveç təmsilçisi builki şou iştirakçılarının əsas favoritlərindən sayılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB