Norveç təmsilçisi Oslonun ən böyük ticarət mərkəzində konsert verəcək
Norveçin Eurovision 2012 təmsilçisi Tooji aprelin 19-da mini-konsertlə tamaşaçılar qarşısında çıxış edəcək. SİA-nın müsabiqənin saytına istinadən verdiyi məlumata görə, konsert Norveçin paytaxtı Oslonun böyük ticarət mərkəzlərindən biri olan \"Jessheim Storsenter\"də keçiriləcək. Konsert iştirakçıları Toojinin avtoqrafını da ala biləcəklər.
Xatırladaq ki, Tooji Norveçi Bakı səhnəsində \"Stay\" mahnısı ilə təmsil edəcək. O, yarışmaya mayın 24-də keçiriləcək ikinci yarımfinalda qoşulacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB