\"Eurovision- 2012\"nin aparıcıları ilə yaxından tanış olun- VİDEO
Mayın 22, 24 və 26-da \"Bakı Kristal Zalı\"nda keçiriləcək Eurovision Mahnı Müsabiqəsi 2012-nin aparıcıları seçilib. SİA-nın məlumatına görə, müsabiqəyə ilk dəfə ev sahibliyi edən Azərbaycanda bu şounun aparıcıları Leyla, Nərgiz və Eldar olacaq.
İctimai Televiziya və Radio Yayımları Şirkətinin əməkdaşı Leyla Əliyeva:
Leyla Üzeyir Hacıbəyli adına Musiqi Akademiyasının xor və vokal şöbəsində təhsil alıb. Aparıcılıq karyerasına 2005-ci ildən Azərbaycanın İctimai Televiziyasında başlayıb. Leyla bir neçə televiziya layihələrinin müəllifi və aparıcıdır. Azərbaycanda Eurovision Mahnı Müsabiqəsinin ilk şərhçisi olub və həmin illərdən \"Eurovision\"la bağlı tədbirlərin fəal iştirakçısıdır.
Nərgiz Birk-Petersen:
Nərgiz 16 yaşından televiziya sahəsindədir. O, tələbəlik illərində Xəzər Universitetinin Tələbə Televiziyasının ingilis dilində xəbərlər proqramında müxbir kimi çalışıb. Nərgiz Amerika Birləşmiş Ştatlarında hüquq sahəsində təhsil aldığı müddətdə özünü model kimi də sınayıb.
\"Eurovision- 2011\"in qalibi Eldar Qasımov:
Eldar vokal, aktyorluq və səhnə nitqi üzrə məktəbləri bitirib. Məşhur aktyor ailəsindən olan Eldar özünü həm də kinoda sınayıb. Son işlərindən biri rejissor Yuli Qusmanın \"Qorxma, mən səninləyəm\" filmində olub. Eurovision Mahnı Müsabiqəsi 2011-dəki qələbədən sonra yenidən Eurovision səhnəsinə çıxacaq, amma bu dəfə aparıcı kimi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB