DSX ilə Eurovision-2012\"nin Təşkilat Komitəsi razılığa gəldi

DSX ilə Eurovision-2012\"nin Təşkilat Komitəsi razılığa gəldi

"Dövlət Sərhəd Xidmətinin zabitləri üçün inşa edilən yaşayış binaları mayın 1-dən "Eurovision" mahnı müsabiqəsinin İşçi qrupuna veriləcək. Bununla bağlı qurumla danışılıb". SİA-nın məlumatına görə, bunu Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov "Eurovision-2012" mahnı müsabiqəsinin Təşkilat Komitəsi üzvlərinin bu gün keçirdikləri mətbuat konfransında bildirib.


A.Ələkbərov deyib ki, Dövlət Sərhəd Xidmətinin (DSX) zabitləri üçün inşa edilən yaşayış binaları sentyabr ayında təmirsiz şəkildə istifadəyə verilməli idi: "İndi isə bu evlər tam şəkildə, texniki və ev avadanlığı ilə təmin olunmuş şəkildə zabitlərə paylanacaq. Halbuki bu evlər təmirsiz şəkildə sentyabrda zabitlərin istifadəsinə verilməli idi".


Bildirilib ki, Bakının Nərimanov rayonunda yerləşən bu bina \"Apartmant\" adı altında istifadəyə veriləcək. Bu məkan müsabiqə fanatları üçün daha ucuz və sərfəli qiymətə olacaq.



Bütün xəbərlər Facebook səhifəmizdə