Mayın 3-də Heydər Əliyev Sarayında "Aşıq sənətinin davamçıları-II" adlı aşıq konserti baş tutacaq. Saraydan SİA-ya verilən məlumata görə, konsertdə əməkdar mədəniyyət işçisi Nemət Qasımlı, Nemət Aşıqlar qrupu, Aşıq Zülfiyyə, İlham Aslanbəyli, Qələndər Zeynalov, Azər Fərmayıloğlu, İbrahim Sadıxov, Ramil Əfəndiyev, Altay Məmmədli, Dəmir Vəliyev, Vüqar Mahmudoğlu, Kəmalə Qubadlı, Gəncəli İmanov, Günel Qurbanova, Nazim Bahadıroğlu, Elmir Sadıxov, Əziz "zurnaçılar" qrupu, Samir Pənahov iştirak edəcəklər.
Bununla yanaşı, konsertdə həmçinin Respublika Aşıq müsabiqəsinin qaliblərindən Elvin Mehmanlı, Nicat Qurbanov, Dilbər Əliyeva və Heydər Məqsədoğlu öz ifalarını səsləndirəvəklər.
Qeyd edək ki, konsert 18:00-da başlayacaq. Biletlərin qiyməti isə 5-15 manat arasındadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB