Bu gün dünya şöhrətli amerikan və ingilis rejissoru, aktyoru, ssenaristi, komediyaçısı və bəstəkarı Çarli Çaplinin doğum günüdür. SİA-nın məlumatına görə, o, 1889-cu ilin məhz bu günü Londonda dünyaya gəlib. Hələ balaca ikən valideynlərini itirən Çarli və ögey qardaşı Sidney internatda böyüyüblər.
Kinematoqrafiyada Çaplin dövrü təxminən 50 il davam edib. Karyerasına ən aşağıdan başlayan Çarli artıq 25 yaşında dünya şöhrəti qazanıb. Çarlin öz kariyerasına 5 yaşında İngiltərədə teatrda olarkən başlayıb. O küçə uşağı rolunu uğurla oynayır. İlk şəxsi rolunu isə 1901-ci ildə alır. Burada o küçə uşağı rolunu uğurla oynayırdı.
Onun "Qızıl titrətməsi", "Böyük şəhərin işıqları", "Yeni vaxtlar", "Böyük diktator", "Müsyö Verdu", "Rampanın işıqları", "Kral Nyu-Yorkda", "Honq-konqlu qrafinya" kimi humanist, antifaşist filmləri bütün dünyanı fəth edib.
1913-cü ildə Çaplin ABŞ-a səfəri zamanı Keystoun film studiyası tərəfindən aktyor kimi film çəkilişində iştirak edir. Əvvəldə kiçik rollarda çəkilən Çarli sonralar yaratdığı obrazlarla dünya şöhrəti qazanır. O, Ford Sterlinqdən bir cüt ayaqqabı, Arbrukledən bir şalvar, balaca bir pencək və Mark Svenin yalançı bığını götürür. Bu stil onun rollarına uyğun gəlməsə də, sonra ona studiyada bu paltarda çəkilməyə icazə verilir. Çaplin filmin ssenarisini, rejissorluğunu öz üzərinə götürür. Onun bu filmi tezliklə sevilir.1917-ci ildə ABŞ birinci dünya müharibəsinə qoşulduqdan sonra Çaplinə qarşı siyasi kompaniya başlayır. Çünki, o əsgər sıralarına yazılmışdır.
Çaplin 1940-cı ildə Hitleri ələ salan "Böyük diktator" filmini çəkib. Bu filmdə Çaplin "Hitler" rolunu oynayırdı və öz gülməli hərəkətləri ilə onu ələ salır, füreri axmaq, dəli və sərsəri kimi tamaşaçılara təqdim edirdi. Almaniyada bu filmə görə Çaplini yəhudi adlandıraraq, ondan intiqam alınacağı bildirilmişdi. Həqiqətən də, həmin dövrdə Hitlerin ələ salınmasına xidmət edən film çəkilməsi böyük cəsarət və qəhrəmanlıq tələb edirdi.
Onu da qeyd edək ki, səssiz kinonun bir nömrəli aktyoru Çaplin bir dəfə də olsun Oskar mükafatı almayıb. Yalnız müsabiqədən kənar Oskara layiq görülüb.
Məşhur kinoaktyor Çarli Çaplin 1977-ci il dekabrın 25-də İsveçrənin Veve şəhərindəki evində vəfat edib. 1978-ci il martın 2-də Çarlinin cəsədi qəbirdən çıxarılaraq oğurlanıb. Cinayətkarlar tabutun qaytarılması üçün pul tələb ediblər. Polislər cinayətkarları yaxalayıb və Çaplinin cəsədi həmin il mayın 17-də yenidən basdırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB