Gəncə Dövlət Dram Teatrının yaradıcı kollektivi səfərə hazırlaşır

Gəncə Dövlət Dram Teatrının yaradıcı kollektivi səfərə hazırlaşır

Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının yaradıcı kollektivi qardaş Türkiyəyə qastrol səfərinə hazırlaşır. SİA-nın xəbərinə görə, Türkiyənin Giresun bələdiyyəsindən dəvət almış kollektiv burada Mirzə Fətəli Axundzadənin 200 illik yubileyi tədbirləri çərçivəsində ədibin "Müsyö Jordan və Dərviş Məstəli şah" əsərini nümayiş etdirəcəkdir.

Mayın 7-də qardaş ölkəyə yola düşəcək kollektiv həmin ayın 9-da türk tamaşaçıları qarşısında çıxış edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə