"Simsar" Teatr Studiyası aprelin 23-də Dövlət Mahnı Teatrının səhnəsində "Niyə?" adlı yeni tamaşanın premyerasını keçirəcək. Tamaşanın nümayişi aprelin 24 və 25-də davam edəcək.
"Niyə? "-nın ssenari müəllifi və rejissoru əməkdar artist Pərviz Məmmədrzayevdir. Rolları aktyorlar Azər Rzayev, Murad Əliyev, Nicat Əlizadə, Elgün Həmidov, Sabir Məmmədov, Səbinə Namazova, Vaqif Əzizov və Pərviz Məmmədrzayev ifa edirlər.
"Niyə?" satirik yumoristik səhnəciklərdən ibarət tamaşadır. Bu barədə SİA-ya teatrın direktoru İradə Nurəddinqızı məlumat verdi.
Qeyd edək ki, "Simsar" Teatr - Studiyası 10 may 2010-cu ildə Simsar MMC tərəfindən yaradılıb. Teatrın bədii rəhbəri Pərviz Məmmədrzayevdir. Studiya ötən il yanvarın 27-də Gənc Tamaşaçılar teatrında "Vaqa" adlı ilk tamaşasının premyerasını keçirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB