Gürcüstanın İctimai Televiziyası rəsmi Eurovision səhifəsində Eurovision 2012 şou iştirakçıları ilə bağlı səsvermə keçirib. Səsvermənin nəticələrinə görə, ölkə təmsilçisimiz Səbinə Babayevanın müsabiqədəki \"When The Music Dies\" mahnısının klipi builki Eurovision şou iştirakçıları arasında ən çox izlənilən video olub. SİA-nın eurovision.az-a istinadən verdiyi məlumata görə, səsvermədə \"ilk onluq\"dakı digər ölkə təmsilçilərinin ardıcıllığı belədir:
1. Azərbaycan - Səbinə Babayeva - \"When The Music Dies\"
2. Gürcüstan - Anri Joxadze- \"I’m a Joker\"
3. İsveç - Lorin- \"Euphoria\"
4. Rusiya - Buranovskiye babuşki - \"Party for Everybody\"
5. Ukrayna - Qaytana - \"Be my Guest\"
6. Türkiyə - Can Bonomo - \"Love Me Back\"
7. Almaniya - Roman Lob - \"Standing Still\"
8. Yunanıstan - Elefteria Eleftheriou - \"Aphrodisiac\"
9. Serbiya - Zeljko Joksimovic - \"Nije ljubav stvar\"
10. İsveçrə - Sinplus - \"Unbreakable\"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB