San Marinonun builki Eurovision təmsilçisi Valentina Monetta müsabiqədə sosial şəbəkə haqqında oxuyacağı mahnısına ən yaxşı video klip çəkən pərəstişkarını mükafatlandıracaq. SİA-nın müsabiqənin rəsmi saytına istinadən verdiyi məlumata görə, yarışmanın əsas mükafatı uçuş və otel xərcləri daxil olmaqla, Almaniyadakı dünyaşöhrətli Oktoberfest 2012 festivalına VİP səyahətdir.
Bundan əlavə qalib Valentina Monettanın qonağı olacaq və 1000 Avroya sahiblənəcək. Digər 9 həvəskar video kliplərin müəlliflərinə 100 Avrodan 700 Avroyadək müxtəlif hədiyyələr təqdim olunacaq. İstifadəçilər klipin xüsusi texnikada hazırlanmış videosunu yükləyib, ona öz ekran obrazlarını da əlavə edə bilərlər. Videolar mayın 14-dən etibarən \"Eurovision 2012 San Marino Social Network Music Video Contest\" başlığı ilə YouTube kanalına yüklənməlidir. Videoların seçimini aparan münsiflər heyətinin tərkibinə San Marinonun builki Eurovision təmsilçisinin özü, SMTV-nın direktoru Carmen Lasorella və nümayəndə heyətinin rəhbəri Alessandro Capicchioni də daxildir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB