Ermənistanda Azərbaycan filmlərinin nümayişinə qarşı etiraz aksiyası keçirilib

Ermənistanda Azərbaycan filmlərinin nümayişinə qarşı etiraz aksiyası keçirilib

Ermənistanın Gümrü şəhərində Azərbaycan filmlərinin nümayişinə həsr olunan festivalın keçirilməsinə etiraz aksiyaları keçirilib. SİA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, aksiyalar Gümrü şəhər meriyası tərəfindən keçirilib. Lakin meriya əməkdaşları gənc ekoloqların bu aksiyada iştirakçına icazə verməyib. Belə ki, gənclər əllərində "Azərbaycan filmlərinə YOX\" şüarı ilə çıxış ediblər.

Festivalda 4 qısametrajlı film nümayiş etdiriləcək. Bu filmlər 2007-2008-ci ildə Azərbaycanda çəkilib. Səsvermə nəticəsində filmlərdən biri "Tamaşaçı simpatiyası" nominasiyası üzrə qalib elan olunacaq. Filmlər erməni dilinə tərcümə olunub. Festival Böyük Britaniya və ABŞ-ın Ermənistandakı səfirliklərinin dəstəyi ilə keçirilir.

Qeyd edək ki, mərkəz 2010-cu ilin noyabrında İrəvanda analoji tədbir keçirmək istəsə də, heç bir səbəb açıqlanmadan təşkilatçılara yer verilməməsi nəticəsində festival baş tutmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə