“Eurovision”la əlaqədar muzeylər və qoruqlar gücləndirilmiş iş rejimində çalışacaq

“Eurovision”la əlaqədar muzeylər və qoruqlar gücləndirilmiş iş rejimində çalışacaq

\"Eurovision\"la əlaqədar ölkəmizə gələn turistlər üçün muzeylərə, qoruqlara, eləcə də regionlara səyahət turları təşkil olunacaq". SİA-nın verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizim naziri Əbülfəs Qarayev deyib. Nazirin sözlərinə görə, Azərbaycana gələn turistlərin ölkəmizi daha yaxından tanıması üçün Bakı və Bakıətrafı qoruqlara, eləcə də regionlara turlar təşkil olunacaq: "Artıq bunun üçün hər şey hazırdır. Bütün mehmanxanaların qarşısından avtobuslarla ekskursiyalar təşkil olunacaq. "Eurovision" zamanı muzeylər saat 20:00-a, müsabiqə günlərində isə 00:00-a kimi işləyəcək. Eyni zamanda qoruqlara tapşırıq verilib ki, turistlər üçün əlverişli qrafiklər tərtib etsinlər".

Bütün xəbərlər Facebook səhifəmizdə