Maltanın Eurovision 2012 təmsilçisi Kurt Kalleya (Kurt Calleja) Gürcüstandadır. SİA-nın müsabiqənin rəsmi saytına istinadən verdiyi məlumata görə, Malta təmsilçisi bu gün Gürcüstanın İctimai Televiziyasında yayımlanan \"Our morning\" adlı səhər proqramının qonağı olub. Müğənni \"This is the night\" müsabiqə mahnısının tanıtımı ilə yanaşı, Gürcüstanın Eurovision 2012 təmsilçisi Anri Joxadze ilə də görüşüb.
Xatırladaq ki, Kurt Kalleya tanıtım turuna Azərbaycandan başlayıb. Daha sonra o, Bolqarıstan və Litvada olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB