Azərbaycanın Eurovision 2012 təmsilçisi Səbinə Babayeva rəsmi Facebook səhifəsində elan edilən \"Səbinənin sirrlərini bilirsinizmi?\" sorğusundakı ilk sualı cavablandırıb. SİA-nın eurovision.az saytına istinadən verdiyi məlumata görə, sualda: \"Səbinə Babayevanın evində uşaq vaxtından Eurovision 2012 təmsilçilərindən birinin səsyazmaları var. Həmin ifaçının adı?\" - deyə soruşulurdu.
Sorğuda 30 nəfərədək pərəstişkar iştirak edib. Cavablar müxtəlif olub: Anri Joxadze, Zeljko Yoksimoviç, Anqun və Engelbert Hamperdink. Səbinə Babayeva Bakıda keçiriləcək möhtəşəm 57-ci Eurovision şousunun iştirakçıları arasında uşaq vaxtından dinlədiyi müğənninin Engelbert Hamperdink olduğunu açıqlayıb.
Qeyd edək ki, sorğunun növbəti sualı sabah saat 14.00-da Azərbaycan təmsilçisinin rəsmi facebook səhifəsində yerləşdiriləcək. İlk 13 doğru cavabın sahibləri hədiyyə qazanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB