Akademik Opera və Balet Teatrının solistləri Astanada çıxış edəcəklər
Akademik Opera və Balet Teatrının solistləri, əməkdar artistlər- Gülnaz İsmayılova və Samir Cəfərov Qazaxıstanın Mədəniyyət və İnformasiya Nazirliyinin dəvətilə aprelin 15-dən 19-na kimi olan müddətə Astana şəhərinə dəvət olunublar.
Teatrdan SİA-ya verilən məlumata görə, onlar aprelin 18-də görkəmli sənətkar, SSRİ Xalq Artisti Kulyaş Beyseitovanın 100 illik yubileyinə həsr olunan təntənəli yubiley tədbilərində çıxış edəcəklər.
MDB və bir sıra türkdilli ölkələrin sənətçilərinin iştirak edəcəkləri gecədə Qazaxıstan tərəfinin arzusu ilə Qazaxıstan Dövlət Simfonik orkestrinin müşayiəti ilə sənətçilərimiz görkəmli Azərbaycan bəstəkarı Ü.Hacıbəylinin "Arşın mal alan" operettasından ariya və duetlər ifa edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB