Rusiyanı Eurovision 2012-də təmsil edəcək \"Buranovskiye Babuşki\" ansamblı Udmurtiyanın Buranovo kəndini bu möhtəşəm müsabiqənin xəritəsinə salmağı bacarıblar. SİA-nın məlumatına görə, hər bir nənə oxumağı, rəqs etməyi, gülməyi və əylənməyi bacarmalıdır. Bunu ansamblın üzvü Galina Koneva bildirib.
\"Biz ulduz deyilik, biz sadəcə nənələrik\",- deyərək ciddi-cəhdlə çalışan nənələr səhnəyə ənənəvi kostyumlarda çıxacaqlar.
\"Bu mahnılar bizim ulu babalarımızdan bizə gəlib çatıb. Bütün bunlar kənd həyatının, əcdadlarımızın yaşadığı həyatın böyük bir hissəsidir\". Bu sözləri isə \"Slavyane\" xalq mahnıları qrupunun üzvü Janna Rusakova Rusiyanın Eurovision 2012 təmsilçiləri haqqında danışarkən deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB