Estoniyanın Eurovision 2012 təmsilçisi Bakı səhnəsinin üstünlüklərindən danışdı
Estoniyanın Eurovision 2012 təmsilçisi Ott Lepland Bakı səhnəsinin imkanlarından danışıb. SİA-nın məlumatına görə, Ott Lepland Bakı səhnəsində böyük imkanlarla qarşılaşacağına əmindir.
Təmsilçi çıxışında bildirib ki, Bakı səhnəsi Estoniyadakından işıq effektləri və digər vacib məqamları ilə üstün olacaq. Buna görə də Ott Lepland performansını mükəmməl şəkildə yerinə yetirəcəyinə əmindir. O, Eurovision Mahnı Müsabiqəsindəki \"Kuula\" mahnısını 5 dildə hazırlamağı düşünür. Artıq bu mahnı eston və ingilis dillərində hazırlanıb. Növbədə ispan və rus dilləri var.
Qeyd edək ki, Estoniya təmsilçisi mayın 24-də keçiriləcək ikinci yarımfinalda səhnəyə 14-cü çıxacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB