Macarıstan mədəniyyəti günü ölkəmizdə

Macarıstan mədəniyyəti günü ölkəmizdə
Aprelin 20-də Beynəlxalq Muğam Mərkəzində Macarıstan mədəniyyəti günü keçiriləcək. SİA-nın verdiyi xəbərə görə, Macarıstanın "Duna TV" televiziyası həmin tədbirin geniş işıqlandırılması məqsədilə Bakıya kiçik yaradıcı heyət göndərib.

Rəsmi hissədə Macarıstanın kənd təsərrüfatı naziri Şandor Fazekaş çıxış edəcək, Macarıstan Prezidenti adından iki azərbaycanlı mükafatlandırılması nəzərdə tutulur. Sonra proqramda Macarıstan Musiqi Ansamblının və UNESCO-nun qeyri-maddi mədəni irsinə daxil olan Macarıstan Rəqs Evinin çıxışıda gözlənilir.
Bundan əlavə, Macarıstanın Tokay şəhərində istehsal olunan şərabların dequstasiyası planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə