Məşhur rejissor vəfat edib

Fransanın məşhur rejissoru, prodüsser və ssenarist Klod Miller vəfat edib. SİA-nın verdiyi xəbərə görə, Miller Parisdə uzunmüddətli xəstəlikdən sonra 70 yaşında vəfat edib.

Qeyd edək ki, O, "La Classe de Neige" filminə görə 1998-ci ildə Kann festivalında Qran-pri mükafatına layiq görülmüşdü. Onun ən məşhur filmi psixoloji triller olan 1981-ci ildə çəkilmiş "Garde à Vue" filmidir.

Bütün xəbərlər Facebook səhifəmizdə