Nəzakət Teymurova solo konsert proqramı ilə çıxış edəcək

Nəzakət Teymurova solo konsert proqramı ilə çıxış edəcək

Xalq artisti, xanəndə Nəzakət Teymurova İtaliyada hazırlanan albomu ilə kifayətlənməyi düşünmür. SİA-nın xəbərinə görə, xanəndə aprel ayının 15-22 tarixlərində İtaliyada konsert verəcək.

Ancaq Nəzakət xanımın çıxışı tək bununla bitmir. Belə ki, o, 29 aprel tarixində Beynəlxalq Muğam Mərkəzində solo konsert proqramı ilə tamaşaçıları sevindəcək.

Konsert proqramında hər zaman olduğu kimi "Xarı bülbül" muğam qrupunu da çıxış edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə