V “Molla Nəsrəddin” - Azərbaycan 2012” Beynəlxalq karikatura müsabiqəsinə start verilib
Bakıda V "Molla Nəsrəddin" - Azərbaycan 2012" Beynəlxalq karikatura müsabiqəsinə start verilib. SİA-nın məlumatına görə, müsabiqə hər il olduğu kimi Mədəniyyət və Turizm Nazirliyinin, Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyasının, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi və Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin təşkilatçılığı ilə keçirilir.
Müsabiqənin mövzusu "Satirik mətbuatın əhəmiyyəti"nə həsr olunub. Bu mövzu təsadüfən seçilməyib. Çünki bu il ölkəmizdə "Kirpi" satirik jurnalının nəşrə başlamasının 60 illiyi tamam olur.
Müsabiqədə iştirak etmək istəyənlər əsərlərini iyunun 15-dək Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinə və ya internet vasitəsilə [email protected] ünvanına göndərə bilərlər. Hər bir müəllifə müsabiqəyə 2 karikatura ilə qatılmaq imkanı verilib.
Müsabiqəyə göndərilən ən yaxşı karikaturalardan ibarət kataloq hazırlanacaq və onların sərgisi təşkil olunacaq. Müsabiqəyə göndərilən karikaturalar beynəlxalq tərkibli münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Qaliblərin mükafatlandırılması mərasiminin iyulun 15-də, "Kirpi" jurnalının ilk nömrəsinin çap olunduğu gündə keçirilməsi nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB