\"İzabo\" yeni albom üzərində işləyir

\"İzabo\" yeni albom üzərində işləyir

İsraili Bakıdakı Eurovision Mahnı Müsabiqəsində təmsil edəcək \"İzabo\" qrupu böyük şouya hazırlıqla yanaşı, yeni albom üzərində işlərini yekunlaşdırır. SİA-nın məlumatına görə, qrupun bu layihədən \"I Like it\" adlı ilk mahnısını mayın 4-də eşitmək mümkün olacaq. Onların \"Life is On My Side\" albomu mayın 21-də, yəni \"İzabo\" qrupunun Eurovision Mahnı Müsabiqəsinin birinci yarımfinalındakı çıxışından bir gün əvvəl təqdim ediləcək.


Builki şou iştirakçılarına gəldikdə isə, \"İzabo\" Rusiyanın \"Buranovskiye babuşki\" ansamblı ilə mahnı yazdırmaq istədiklərini, ən çox Türkiyənin Eurovision 2012 mahnısını bəyəndiklərini söyləyirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə