Nəzakət Teymurova İtaliyada hazırlanan diskini təqdim etdi - FOTOSESSİYA

Nəzakət Teymurova İtaliyada hazırlanan diskini təqdim etdi - FOTOSESSİYA

Bu gün xalq artisti, xanəndə Nəzakət Teymurovanın İtaliyada hazırlanan albomunun təqdimat mərasimi keçirilib. SİA-nın xəbərinə görə, uzun ilərdir sənətdə olmasına baxmayaraq müğənni ilk dəfə mətbuat konfransı keçirib.

Konfrasda Nəzakət xanımla birgə musiqişünas Sənubər Bağırova, "Xarı bülbül" muğam qrupunun bədii rəhbəri, əməkdar artist, tarzən Əliağa Sədiyev və xanəndənin mətbuat katibi Tahirə Məmmədqızı iştirak edib.

Tədbiri giriş sözü ilə açan T.Məmmədqızı tədbirdə sözügedən albom haqda ağızdolusu danışıb: "Disk İtaliyanın "Filmay" musiqisi şirkəti tərəfindən hazırlanıb. Diskin Avropanın bir neçə ölkəsində satılması nəzərdə tutulub. İngiltərə, İtalya, Fransa mətbuatında dəfələrlə Nəzakət Teymurovanın səsi haqqında məqalələr dərc olunub. Diskə daxil olan bir neçə mahnı artıq onlarla ölkənin radiosunda səslənir. Həmin diskə daxil olan bir neçə mahnı Almaniyanın "Qlobalize" radiosunda səsləndirilib. İspaniyanın "Mondofonshas" radiolarında "Aşiqəm" mahnısı böyük marağa səbəb olub və hətta ayın musiqisi seçilib. Xalq artistimizin səsi hər iki ölkənin radiosunda "ayın ən gözəl səsi" sırasına düşüb".

Tədbirdə söz alan səbəbkar onu sevən tamaşaçılarını sevindirəcəyini də açıqlayıb: "Bu günkü təqdimatımdan sonra İtaliyaya yola düşürəm. Onu da bildirmək istəyirəm ki, xanəndələrimi ayırmıram. Amma onlar bir az cəsarətli olsalar yaxşıdır. Xanəndə danışmağa yox, ifa etməyə üstünlük verməlidir".

Qeyd edək ki, bunlarla yanaşı aprel ayının 15-22 tarixlərində xalq artisti İtalya da konsert verəcək.


Foto müəllifə məxsusdur

Bütün xəbərlər Facebook səhifəmizdə