Səbinə Babayeva məşhur amerikalı bəstəkar Kris Bottinin konsertində çıxış edib
Azərbaycanın "Eurovision-2012" təmsilçisi Səbinə Babayeva Kiyevdə məşhur amerikalı truba ifaçısı və bəstəkar Kris Bottinin konsertində çıxış edib. SİA-nın təmsilçinin rəsmi saytına istinadən verdiyi məlumata görə, konsertin təşkilatçıları Azərbaycan təmsilçisini məhz gözəl caz-vokal ifaçısı kimi dəvət ediblər. Səbinə Babayeva bu konsertdə iştirakını arzularının gerçəkləşməsi kimi qiymətləndirib: "Mən onun bacarıqlarına heyranam. O caz musiqisi üçün çox şey edib".
Azərbaycanlı müğənni konsertdə XX əsrin ən populyar mahnılarından biri – "You Make Me Feel" və "Eurovision-2012" ifa edəcəyi "When the music dies" kompozisiyalarını ifa edib. Onun ifası tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanıb.
Sting, Areta Franklin kimi dünya şöhrətli musiqiçilərlə əməkdaşlıq edən Kris Botti Avropada tez-tez konsertlər təşkil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB