Can Bonomo tanıtım turundadır

Türkiyənin \"Eurovision 2012\"dəki təmsilçisi Can Bonomo müsabiqə öncəsi tanıtım turuna start verib. Türkiyənin müsabiqə üzrə nümayəndə heyətindən eurovision.az saytına bildirilib ki, Can Bonomo tanıtım turu çərçivəsində Monteneqroda çıxış edib.


SİA-nın adıçəkilən sayta istinadən verdiyi məlumata görə, Zaqrebə səfərindən sonra o, Podqoritsaya yola düşüb. Hava limanında onu \"Vijesti TV\"nin jurnalistləri əhatə edib. Axşam isə Can Bonomo Türkiyənin Monteneqrodakı səfiri Esmine Birgen Keşoğlu tərəfindən təşkil olunan şam yeməyinə qatılıb.


Aprelin 3-ü səhər saatlarında Can Bonomo yerli televiziya şousunda \"Love Me Back\" mahnısı ilə çıxış edib. Proqramın sonunda isə Can \"Haydi!\" deyərək hamını onu dəstəkləməyə çağırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə