Xurşidbanu Natəvanın 180 illik yubileyinin keçiriləcək

Xurşidbanu Natəvanın 180 illik yubileyinin keçiriləcək

Azərbaycan prezidenti İlham Əliyev Xurşidbanu Natəvanın 180 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. SIA-nin prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, Mədəniyyət və Turizm Nazirliyi Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Xurşidbanu Natəvanın 180 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirəcək.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

2012-ci ilin avqust ayında Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Xurşidbanu Natəvanın anadan olmasının 180 ili tamam olur.



Bütün xəbərlər Facebook səhifəmizdə