Türkiyənin “Kanaltürk” telekanalının “Dünyayı Geziyorum” proqramının iki buraxılışı Azərbaycana həsr olunacaq
Türkiyənin "Kanaltürk" telekanalının "Dünyayı Geziyorum" proqramının iki buraxılışı Azərbaycana həsr olunacaq. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, nazirliyin dəvəti əsasında Türkiyənin sözügedən telekanalının "Dünyayı Geziyorum" proqramının çəkiliş qrupu 18-25 mart tarixlərində Azərbaycana səfər edib. Səfər çərçivəsində Azərbaycanda keçirilən Novruz bayramı və həmçinin Azərbaycanın turizm potensiallı bölgələri haqqında çəkilişlər aparılıb.
"Dünyayı Geziyorum" proqramının Azərbaycana həsr olunan buraxılışları aprelin 8-i və 15-də Bakı vaxtı ilə saat 15.30-da yayımlanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB