Azərbaycanlı xanəndə İtaliyadakı uğurunu tamaşaçısı ilə bölüşəcək-FOTO
"Şərq təranələri" müsabiqəsinin qalibi, tanınmış xanəndə Qoçaq Əsgərov solo konsertinə hazırlaşır. SİA-nın məlumatına görə, konsert aprelin 8-də Muğam Mərkəzində keçiriləcək. Xanəndə bildirib ki, proqram onun İtaliyada buraxılan ilk diskinin təqdimatı ilə başlayacaq. Mədəniyyət və Turizm Nazirliyindən, eləcədə, İtaliyanın "Filmay" şirkətindən dəstək alan Q.Əsgərovun bu, ikinci solo konsertidir.
Sözügedən xaciri şirkətin rəhbərinin azərbaycanlı xanəndənin konsertində fəxri qonaq kimi iştirakı gözlənilir. Q.Əsgərov dəvətinin məmnuniyyətlə qəbul olunduğunu diqqətə çatdırıb.
Proqramma gəlincə, xanəndə diskdə yer alan "Bayati-Şiraz"ı dəsgah oxuyacaq. Eyni zamanda, onun ifasında yeni olaraq hazırlanan muğam və təsniflər səsləndiriləcək. Musiqiçi səs imkanlarından istifadə edərək müxtəlif ifalarda eşitdiyimiz muğamlarımızı özünəməxsus şəkildə fərqləndirəcək. O, daha çox Məhəmməd Füzulinin qəzəllərindən oxuyacaq.
Qeyd edək ki, xanəndəni tarda əməkdar artist Əliağa Sədiyev, kamançada Elnur Mikayılov, balabanda əməkdar artist Şirzad Fətəliyev, nağarada Kamran Kərimov, kanonda Çinarə Mütəllibova və başqaları müşayiət edəcəklər.
Xanəndə sonda bildirib ki, konsertə Aşıq Veysəlin məşhur "Uzun incə bir yoldayım" şeirindən bir parça ilə ad verib. O, bununla keşməkeşli sənət yolu olduğunu izah edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB