\"Azərbaycana səyahət\" silsiləsindən növbəti reportaj- FOTO- VİDEO
Eurovision.tv izləyiciləri bu dəfə Azərbaycan mətbəxinin sirrlərindən xəbər tutub. Müsabiqənin Azərbaycan üzrə İşçi Qrupundan SİA-ya verilən məlumata görə, \"Azərbaycana səyahət\" silsiləsindən növbəti reportaj Azərbaycan mətbəxinə həsr olunub.
Eurovision Mahnı Müsabiqəsi Bakı 2012-nin İşçi Qrupunun hazırladığı bu reportajda usta aşbazlar tamaşaçıları Azərbaycan mətbəxinin sirrləri, ləziz yeməkləri ilə tanış edirlər. Süjetdə plov, dolma, ləvəngi, sac içi kimi milli xörəklər və şərbətin hazırlanma qaydası, süfrə mədəniyyəti və əlbəttə ki, Azərbaycan qonaqpərvərliyindən bəhs edilir.
Qeyd edək ki, İşçi Qrupun Eurovision TV ilə birlikdə reallaşdırdığı \"Azərbaycana səyahət\" layihəsi çərçivəsində bundan əvvəlki süjetlərdə xalça sənətimiz, İçərişəhər, Novruz bayramı haqqında materiallar yayımlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB