İrlandiyanın Eurovision 2012 təmsilçiləri \"Jedward\" qrupu tamaşaçıları yenə qeyri-adi jestlə təəccübləndirib. SİA-nın eurovision.az saytına istinadən verdiyi məlumata görə, əkiz qardaşlardan biri kürəyinə, digəri isə qoluna \"Eurovision\" sözünü və müsabiqənin rəmzi olan ürək işarəsini həkk etdirib.
\"Əgər biz Eurovision 2012-nin qalibi olsaq, bu döymələr bizim üçün xüsusi xatirəyə çevriləcək\" - deyə John və Edvard bildirib.
Qeyd edək ki, İrlandiya təmsilçiləri \"Bakı Kristal Zalı\"nda mayın 22-də müsabiqənin birinci yarımfinalında sonuncu, yəni 18-ci çıxış edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB