\"Buranovskiye babuşki\" peşəkar xoreoqraf və vokal dərsləri alır

\"Buranovskiye babuşki\" peşəkar xoreoqraf və vokal dərsləri alır

Rusiyanın \"Eurovision 2012\"dəki təmsilçisi \"Buranovskiye babuşki\" kollektivi Bakı səhnəsində yüksək səviyyədə çıxış etmələri üçün peşəkar xoreoqraf və vokal dərslərinə başlayıblar. SİA-nın müsabiqənin rəsmi saytına istinadən verdiyi məlumata görə, qrupun prodüseri Kseniya Rubtsova bildirib ki, nənələr ötən həftə ərzində Moskvada keçirilən rus dili festivalında da iştirak ediblər. Onlar festivalda 3 mahnı oxuyub. Bu da uşaqların böyük sevincinə səbəb olub.


K.Rubtsova həmçinin bildirib ki, nənələrin müsabiqəyə hazırlığı və məşqləri elə Buranovo kəndində baş tutur. Səbəb isə odur ki, nənələr öz təsərrüfatlarından kənarda qalmaq istəməyiblər.


Bir neçə gün əvvəl Buranovo kəndinə \"Rossiya\" telekanalının nümayəndə heyəti də gəlib. Onlar nənələrə Bakı səhnəsindəki çıxışa hazırlaşmaqda kömək edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə