Aprelin 1-dən Türkiyənin 57-ci Eurovision Mahnı Müsabiqəsindəki təmsilçisi Can Bonomonun tanıtım turu start götürəcək. SİA-nın məlumatına görə, müğənninin ilk dayanacağı Xorvatiya olacaq.
Can Bonomo \"Love Me Back\" adlı müsabiqə mahnısı ilə Monteneqro və Sloveniyaya da gedəcək. Tanıtım turunun ilk mərhələsinin 4 gün ərzində tamamlanacağı nəzərdə tutulub. Türkiyə təmsilçisi səfər çərçivəsində bir neçə televiziya verilişlərində də qonaq olacaq. Tanıtım turunun növbəti mərhələsi aprelin ikinci həftəsindən start götürəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB