Emin Ağalarovun yeni albomunun ilkin buraxılışı təqdim olunub- FOTOSESSİYA
Londonda tanınmış azərbaycanlı müğənni-bəstəkar Emin Ağalarovun "After the thunder" adlı yeni albomunun ilkin buraxılışı təqdim olunub. SİA-nın müğənninin rəsmi saytına istinadən verdiyi məlumata görə, diskin ilk nüsxəsi Londonda fəaliyyət göstərən Azərbaycan mətbəxinin nemətlərinin təqdim olunduğu "Bakı" restoranının qonaqlarına verilib.
Qonaqlar arasında Eminin "Wonder" albomunun prodüseri Brayn Roulinq də olub. O, müğəninnin yeni albomuna da prodüserlik edib. Brayn Roulinq Enrique Iglesias, Britney Spears, Tina Turner, Andrea Boccelli və digər dünyaca tanınmış musiqiçilərlə işləyib.
Eminin "After the Thunder" diski rəsmi olaraq mayın 21-də buraxılacaq. Bu albom Böyük Britaniyanın "Saffron Music" rekord-leyblı ilə çıxacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB