31 mart soyqırımı gününə həsr edilən sərginin açılışı olub- FOTOSESSİYA
Bu gün V.Səmədova adına Sərgi salonunda 31 mart azərbaycanlıların soyqırımı gününə həsr edilən sərginin açılış mərasimi keçirilib. SİA-nın məlumatına görə, sərgidə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirib ki, soyqırımına həsr olunan bu kimi sərgilərin həyata keçirilməsini yüksək qiymətləndirmək lazımdır: "Azərbaycan rəssamlarının öz əsərlərində bu mövzuya müraciət etmələri xalqımızın yaddaşına qara hərflərlə yazılan tarixi bir daha gündəmə gətirir. İnanıram ki, gələcək də bu kimi sərgilər davamlı şəkildə təşkil olunacaq".
Daha sonra 31 mart azərbaycanlıların soyqırımı gününə həsr edilən sərgiyə baxış keçirilib. Sərgidə Azərbaycan rəssamlarının soyqırımı mövzusuna həsr olunan 130-a yaxın əsərləri nümayiş etdirilib.
Sərgidə həmçinin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən fevral ayında keçirilən, Xocalı soyqırımının iyirminci ildönümünə həsr olunan "Unudulmayan tarix" adlı respublika sərgi-müsabiqəsinin nəticələri də açıqlanıb. Nəticələrə görə 29 əl işi mükafatlandırılıb. Sərgi-müsabiqəyə təqdim olunan və münsiflər heyəti tərəfindən seçilən yüksək bədii əhəmiyyətə malik əsərlərin müəlliflərinə nazirliyin pul mükafatları təqdim olunub.
Məlumat üçün bildirək ki, tədbir Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycan Rəssamlar İttifaqı ilə birlikdə təşkil olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB